Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək

Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək
# 06 iyun 2017 14:54 (UTC +04:00)

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində “Premier LTD”nin təşkilatçılığı ilə caz layihəsi təqdim olunacaq.

Tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi, Fransa və Belçikanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə keçirilir. Mədəniyyət və Təqdimat Müşavirliyindən APA-ya bildirilib ki, layihədə Türkiyə, Fransa və Belçikanın a məşhur musiqiçiləri iştirak edirlər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edir.


İlk olaraq, “Önder Focan ve Şalliel Bros” qrupu konsert verəcək. Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunacaq.


Daha sonra oruc tutanlara iftar vaxtı qəlyanaltı süfrəsi açılacaq. Sonra isə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosu – Elçin Şirinov, Linley Marthe və Stephane Gallandın konserti baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR