Ukraynada azərbaycanlı gənclər Diana Hacıyevaya dəstək tədbirləri həyata keçirir

Ukraynada azərbaycanlı gənclər Diana Hacıyevaya dəstək tədbirləri həyata keçirir
# 08 may 2017 11:20 (UTC +04:00)

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə “Eurovision-2017” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Diana Hacıyavaya dəstək vermək üçün rəngarəng tədbirlər həyata keçirir.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan təmsilçisini Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşğu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə, paytaxt sakinlərinin diqqətini Azərbaycana yönəldiblər. Diana Hacıyevaya dəstək verən azərbaycanlı və ukraynalı gənclər öncə Heydər Əliyev parkına gedərək H. Əliyevin abidəsi önünə tər çiçəklər qoyublar, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin həyətində Diana Hacıyeva ilə görüş keçirilib. Görüş zamanı 2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, ukraynalı rəssam Tatyana Korol və digər gənclər milli təmsilçiyə qələbə arzulayıblar.

Ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə və Ukrayna Azərbaycanlı Gənclər Birliyini fəallarına minnətdarlığını bildirən Diana Hacıyeva beynəlxalq yarışmada qələbə əldə etmək üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR