Azərbaycan şahmatçısı Yudit Polqarın komandasına daxil edilib

Azərbaycan şahmatçısı Yudit Polqarın komandasına daxil edilib
# 05 aprel 2021 14:17 (UTC +04:00)

Gənclər üçün təşkil olunacaq 5 mərhələdən ibarət onlayn şahmat turunun iştirakçıları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Julius Baer Challengers Chess Tour”da dünyanın 12 ölkəsindən 20 zəka sahibi iştirak edəcək.

Hər birində 10 iştirakçının yer aldığı iki komandaları Vladimir Kramniklə Yudit Polqar seçib. Azərbaycan təmsilçisi Günay Məmmədzadə də turnirdə qüvvəsini sınayacaq. O, Polqarın komandasına daxil edilib.

Qeyd edək ki, 100 min ABŞ dolları mükafat fonduna malik turnir aprelin 8-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR