FİDE koronavirusa görə reytinq cədvəli ilə bağlı dəyişiklik edib

FİDE koronavirusa görə reytinq cədvəli ilə bağlı dəyişiklik edib
  • Clock-gray 14:24
  • calendar-gray 02 Noyabr 2020

FİDE Şurası şahmatçıların reytinq siyahısı ilə bağlı qaydaları dəyişib.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Qurum fəaliyyətsiz hesab olunma müddətini 12 aydan 24 aya qaldırıb. Öncə son 12 ayda heç bir rəsmi oyun keçirməyən şahmatçılar qeyri-aktiv hesab edilir və siyahıdan kənarda qalırdı.

Lakin koronavirus pandemiyası üzündən uzun müddətdir şahmatçılar lövhə arxasına keçə bilmir. Belə vəziyyət bütün zəka sahiblərinin tezliklə siyahıdan kənar qalması ehtimalı yaradır.

Bunu nəzərə alan Təsnifat Komissiyası fəaliyyətsizlik müddətini ikiqat artırmağı lazım bilib. Komissiyanın FİDE Şurasına müraciəti müsbət dəyərləndirilib və bununla bağlı qərar qəbul olunub. Bu qərar koronavirusla bağlı vəziyyət əvvəlki qaydaya qayıtdıqdan sonra atılacaq növbəti addıma qədər qüvvədə olacaq və həmin vaxt yenidən 12 aya keçiləcək.

ApaSport

Digər xəbərlər