FİDE prezidenti İddiaçılar Turnirinin dayandırılmasının səbəbini açıqlayıb

FİDE prezidenti İddiaçılar Turnirinin dayandırılmasının səbəbini açıqlayıb
  • Clock-gray 12:42
  • calendar-gray 26 Mart 2020

Şahmat üzrə İddiaçılar Turnirinin dayandırılmasının səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, FİDE-nin prezidenti Arkadi Dvorkoviç turnirin I dövrədən sonra davam etdirilməməsinə aydınlıq gətirib.

O bildirib ki, bu addım koronavirus pandemiyası ilə bağlı verilən qərarlarla bağlıdır: “Bu gün Rusiya hökuməti martın 27-dən hansısa müddət göstərilmədən digər ölkələrlə bütün aviareyslərin dayandırılmasını elan edib. FİDE şahmatçıların təhlükəsiz və vaxtında vətəninə dönməsinə təminat olmadan yarışı davam etdirə bilməz. Belə vəziyyətdə yarışın əsasnaməsinin bəndlərinə uyğun olaraq FİDE prezidenti kimi turniri dayandırmağa qərar verdim. Yarış sonradan davam etdiriləcək. Yeni tarix koronavirus pandemiyası ilə bağlı qlobal vəziyyət imkan verən kimi dərhal açıqlanacaq. Öncədən şahmatçılarla razılaşdırılan xüsusi qaydalara uyğun olaraq 7 turun nəticələri saxlanılacaq və turnir eyni heyətlə 8-ci turdan davam etdiriləcək”.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən turnirin 7 turundan sonra Maksim Vaşye-Laqrav (Fransa) və Yan Nepomnyaşi (Rusiya) 4,5 xalla liderdir.

ApaSport

Digər xəbərlər