Şəhriyar Məmmədyarov: “Xəstəlik səbəbindən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım”

Şəhriyar Məmmədyarov: “Xəstəlik səbəbindən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım”
# 03 fevral 2020 16:10 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq dayandırmasının səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı şahmatçı xəstəlik üzündən yarışla vaxtından əvvəl vidalaşdığını deyib.

O feysbukda qeyd edək ki, artıq hər şey qaydasındadır: “Təəssüflər olsun ki, Cəbəllütariqdə turniri zamanı allergik xəstəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Turnirin təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquest təşəkkürümü bildirirəm. Artıq, Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidü ilə”.

Qeyd edək ki, sona 2 tur qalmış mübarizəni dayandıran Məmmədyarov yarışda 8 matçda 5 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR