Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun Meltvater turnirindəki rəqibi dəqiqləşib

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun Meltvater turnirindəki rəqibi dəqiqləşib
# 10 mart 2021 13:47 (UTC +04:00)

Onlayn şahmat üzrə Meltvater turnirinin iştirakçılarının tam siyahısı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Çempionlar turu çərçivəsində təşkil olunacaq turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun rəqiblərinin hamısı müəyyənləşib. Martın 21-dək davam edəcək yarışda təmsilçilərimiz Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Danil Dubov (hamısı Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan), Aniş Giri, Yordan van Forrest (hər ikisi Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Alireza Firuzya (İran), Davd Anton (İspaniya), Alen Pişo (Argentina) və Nils Qrendelius (İsveç) ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnirin ilk mərhələsi dairəvi sistemlə təşkil olunacaq. 8 ən yaxşı 1/4 finaldan nokaut sistemi ilə yarışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR