Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri elan olunub - FOTO

Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri elan olunub - FOTO
# 25 noyabr 2019 17:18 (UTC +04:00)

22-23 noyabrda Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkil etdiyi gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kubokunun nəticələri elan olunub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi-komanda xarakteri daşıyan turnirə Azərbaycanın müxtəlif regionlarından idmançılar qoşulublar.

2002-2004 yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri:

Qızlar arasında 1-ci yeri – “Şəki”, 2-ci yeri “Təhsil”, 3-cü yeri isə “Şabran” komandası əldə edib.

Oğlanlar arasında isə 1-ci yeri – “Təhsil 1”, 2-ci yeri “Təhsil 2”, 3-cü yeri isə “Şabran” komandası qazanıb.

Həmin yaş qrupunun Şəxsi yarışlarında isə qızlar arasında 1-ci yeri – Abdulhəmidova Ləman, 2-ci yeri Mikayılova Zemfira, 3-cü yeri isə Haşımova Aliyə əldə edib.

Oğlanlar arasında isə 1-ci yeri – Ansari İbrahim, 2-ci yeri - Pənahov Kənan, 3-cü yeri isə Məmmədov Nihad qazanıb.

2005 və daha kiçik yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri qızlar arasında 1-ci yeri – “Sumqayıt 2”, 2-ci yeri “Sumqayıt 1”, 3-cü yeri isə “Sumqayıt 3” komandası əldə edib.

Oğlanlar arasında isə 1-ci yeri –“ Təhsil 1”, 2-ci yeri “Sumqayıt 1”, 3-cü yeri isə “Təhsil 2” komandası qazanıb.

Həmin yaş qrupunun Şəxsi yarışlarında qızlar arasında 1-ci yeri – Aslanova Arzu, 2-ci yeri - Nurmətova Mərziyyə, 3-cü yeri isə Dadaşova Mehriban əldə edib.

Oğlanlar arasında isə 1-ci yeri – Məmmədov Emin, 2-ci yeri - Əhmədzadə Adil, 3-cü yeri isə Eylazov Hüseyn qazanıb.

Qeyd edək ki, 24 komandanın iştirak etdiyi yarışa 100-ə yaxın idmançı qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR