Teymur Rəcəbov Millətlər kubokunda 3-cü matçını da heç-heçə bitirib

Teymur Rəcəbov Millətlər kubokunda 3-cü matçını da heç-heçə bitirib
# 06 may 2020 18:08 (UTC +04:00)

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda ikinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, III turda Çin – Rusiya, Hindistan – Avropa və ABŞ – Dünya cütləri üz-üzə gəlir.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz heç-heçə oynayıb.

Onun komanda yoldaşlarından Dinara Saduakasova İrina Kruşa uduzub. Bassam Amin Uesli So, Alireza Firuzya isə Lenyer Dominqeslə heç-heçə edib. Yekunda Dünya yığması 1,5:2,5 hesabı ilə məğlubiyyətlə üzləşib. Bu turda Avropa Hindistanı eyni hesabla məğlub edib, Çinlə Rusiya sülh bağlayıb – 2:2.

Bu, Teymurun turnirdə 3-cü görüşü olub. O, ilk iki görüşdə heç-heçə edib. Dünya yığması isə Çinə 1:3 hesabı ilə uduzub, Hindistana 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün keçiriləcək IV turda Dünya yığması Rusiya ilə qarşılaşacaq. İlk üç turdan sonra Çin və ABŞ 5, Avropa 3, Rusiya ilə Dünya yığması 2, Hindistan 1 xala malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR