Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində 3-cü yeri tutub

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində 3-cü yeri tutub
  • Clock-gray 21:52
  • calendar-gray 14 Fevral 2021

Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın son günündə final və 3-cü yer uğrunda ikinci matçlar keçirilir.

Üçüncülük uğrunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla ikinci sınağına çıxıb. Bir gün öncə 2,5:1,5 hesabı ilə qalib gələn qrossmeysterimiz ilk iki görüşdə rəqibindən güclü olub. O, həm ağ, həm də qara fiqurlarla matçda qələbə qazanaraq, 3-cü yeri tutub. Hesab 2:0 təmsilçimizin xeyrinə olduğundan digər oyunlara ehtiyac olmayıb.

Turnirin qalibi isə ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen arasında matçda bəlli olacaq. İlk gündə heç-heçə edən (2:2) rəqiblərin duelində 2 qarşılaşmadan sonra So 1,5:0,5 hesabı ilə öndədir. 

“Opera Euro Rapid”
3-cü yer uğrunda, ikinci matç
14 fevral

20:00. Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:0 (1:0, 2:0)

ApaSport

Digər xəbərlər