Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Azərbaycan Olimpiadada bürünc medal qazanıb
# 10 oktyabr 2022 16:47 (UTC +04:00)

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Apasport.az saytının məlumatına görə, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran təmsilçimiz Olimpiadanın bürünc mükafatına sahib çıxıb.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR