Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb
# 15 noyabr 2022 10:39 (UTC +04:00)

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb.

Apasport.az saytının məlumatına görə, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada həmyerlimizi yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

Daha bir mükafatı xanım şahmatçımız əldə edib. 10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR