Azərbaycan yığmaları Avropa çempionatında fərqli nəticə göstəriblər

Azərbaycan yığmaları Avropa çempionatında fərqli nəticə göstəriblər
# 26 oktyabr 2019 20:37 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatı davam edir.
APA-nın məlumatına görə, yarışın üçüncü turu Azərbaycan yığmaları üçün fərqli nəticələrlə yekunlaşıb.

İlk 2 görüşdə Serbiya və Fransaya qalib gələn kişilərdən ibarət komandamız bu dəfə məğlubiyyətə üzülüb. Ukrayna Arkadi Naydiçin uduzması səbəbindən 2,5:1,5 hesabı ilə qalib gəlib.

Latviyanı məğlub edib, İspaniyaya uduzan qadınlardan ibarət yığma isə qələbə qazanıb. Yığma Avstriyadan üstün olub - 3,5:0,5.

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək.

Avropa çempionatı
III tur

UKRAYNA - AZƏRBAYCAN - 2,5:1,5
Vasili İvançuk - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Yuri Kuzubov - Arkadi Naydiç - 1:0
Andrey Volokitin - Rauf Məmmədov - 0,5:0,5
Vladimir Onişuk - Qədir Hüseynov - 0,5:0,5

Turnir cədvəli: 1. Ukrayna, 2. Hollandiya - hər ikisi 6 xal, 3. Rusiya - 5, ...7. Azərbaycan - 4.

AVSTRİYA - AZƏRBAYCAN - 0,5:3,5
Veronika Eksler - Xanım Balacayeva - 0:1
Dennis Trippold - Ülviyyə Fətəliyeva - 0:1
Culiya Novkoviç - Gülnar Məmmədova
Barbara Teuçler - Türkan Məmmədyarova - 0:1

Turnir cədvəli: 1. Gürcüstan, 2. İtaliya - hər ikisi 6 xal, 3. Ermənistan - 5, ...11. Azərbaycan - 4

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR