Azərbaycan yığmasının Avropa çempionatında iştirak edəcək 4 şahmatçısı dəqiqləşib

Azərbaycan yığmasının Avropa çempionatında iştirak edəcək 4 şahmatçısı dəqiqləşib
  • Clock-gray 10:58
  • calendar-gray 29 Avqust 2019

Şahmat üzrə komandalararası Avropa çempionatında çıxış edəcək qadından ibarət Azərbaycan millisinin heyətində yer alacaq 4 zəka sahibi müəyyənləşib. 

APA-nın məlumatına görə, oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək yarışda Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın yığmanın şərəfini qoruyacağı dəqiqləşib. 

Lakin sonuncu şahmatçının adı hələlik açıq qalıb. Kapitan Fikrət Sideyifzadə “beşlik”də Zeynəb və Türkan Məmmədyarova bacıları arasında seçim edəcək. Onlardan Dünya Kubokunda da oynayacaq Türkanın Batumiyə yollanmaq şansı daha yüksəkdir. 

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisinin heyəti bir qədər öncə məlum olub. Eltac Səfərlinin kapitan olacağı yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alacaqlar. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date