Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib
# 01 dekabr 2022 12:34 (UTC +04:00)

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, kişilərin cədvəlində Azərbaycanın 4 qrossmeysteri yer alıb.

Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla 11-cidir. 14-cü sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır. Yığmamızın liderləri mövqelərini qoruyub.

2661 xala malik Qədir Hüseynov 2 pillə irəliləyərək 84-cü yerə yüksəlib. Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç dünyanın 89-cusudur (2651).

Ötən ay cədvəldə olan Rauf Məmmədov və Nicat Abbasov “Top-100”ü tərk edib. Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2859.

Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cüdür. Hər üç təmsilçimiz bir pillə geriləyib. Hərəyə iki addım yüksələn Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cıdır. Qadınların siyahısına çinli Yifen Hou başçılıq edir – 2638 xal.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR