FİDE reytinqində Şəhriyar Məmmədyarov geriləyib, Teymur Rəcəbov irəliləyib

FİDE reytinqində Şəhriyar Məmmədyarov geriləyib, Teymur Rəcəbov irəliləyib
# 01 avqust 2019 09:14 (UTC +04:00)

FİDE avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, kişilər arasında “Top-100”də Azərbaycanın 4 şahmatçısı yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. O, bir pillə geriləyərək 9-cu pillədə qərarlaşıb və 2764 reytinq xalına malikdir.

Ondan 6 xal geri qalan Teymur Rəcəbov isə bir pillə irəliləyərək 12-ci yerə yüksəlib.

Arkadi Naydiç (2675) 62-ci sırada qalıbsa, Qədir Hüseynov (2654) 101-ci pillədədir. Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2882) başçılıq edir.

Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə 2 həmyerlimiz var. Bir pillə geriləyən Günay Məmmədzadə 2425 xalla 41-ci pillədə yer alıb.

Xanım Balacayeva isə 2367 xalla 97-cidir. Sonuncu dəfə bu ilin mayında “100-lüy”ə düşən şahmatçımız iki aylıq fasilədən sonra güclülər sırasına dönüb. Qadın idmançıların siyahısında yenə Yifan Hou (Çin, 2659) liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR