FİDE Yekaterinburqun iddiaçıların turnirinə namizədliyini qəbul edib

FİDE Yekaterinburqun iddiaçıların turnirinə namizədliyini qəbul edib
# 09 sentyabr 2019 21:28 (UTC +04:00)

Şahmat üzrə dünya çempionu adına iddiaçıların turniri Rusiyada keçirilə bilər.

APA-nın məlumatına görə, FİDE-nin prezident şurası Yekaterinburq şəhərinin namizədliyini qəbul edib.

Bununla da şəhər rəsmən 2020-ci ildə təşkil olunacaq yarışa ev sahibliyinə namizəd olub. İddiaçılar turniri artıq iki dəfə Rusiyada keçirilib. 2014-cü ildə Xantı-Mansiyskdə hindistanlı Vişvinatan Anand, iki il sonra Moskvada rusiyalı Sergey Karyakin turnirin qalibi olub.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək iddiaçıların turnirinin qalibi şahmat tacı uğrunda matçda norveçli Maqnus Karlsenlə üz-üzə gəlmək hüququ qazanacaq.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR