FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov “10-luğ”a qayıdıb

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov “10-luğ”a qayıdıb
  • Clock-gray 15:19
  • calendar-gray 31 Oktyabr 2019

FİDE yeni reytinq cədvəlini açıqlayıb. 

APA-nın məlumatına görə, noyabr üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.
 
Onlardan 4-ü kişi qrossmeysterdir. Ən yaxşı təmsilçimiz 2777 xala malik Şəhriyar Məmmədyarovdur. O, 2 pillə irəliləyərək, 5-ci sıraya qalxıb. 34 yaşlı zəka sahibi Maqnus Karlsen (Norveç, 2870), Fabiano Karuana (ABŞ, 2822), Dinq Liren (Çin, 2801) və Maksim Vaşye-Laqravdan (Fransa, 2777) geri qalır. 

Rusiyada keçirilən Dünya Kuboku qazanan Teymur Rəcəbov uzun fasilədən sonra “onluğ”a qayıdıb. 6 rəqibini qabaqlayan qrossmeyster 2767 xalla 9-cudur. 

3 pillə irəliləyərək, 83-cü yerə qalxan Qədir Hüseynov 2660 xala malikdir. Top-100-ə daxil olan Nicat Abasov 2655 xalla 93-cü yerdə qərarlaşıb. 

Qadınlar şahmatçılar arasında yenə 4 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2427) 38-ci, Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayeva (2368) 98-ci və Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədədir. Onların ötən ayla müqayisədə yerləri dəyişməz qalıb. 

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2659) birincidir. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date