FİDE Olimpiadanın tarixini açıqlayıb

FİDE Olimpiadanın tarixini açıqlayıb
# 14 iyul 2021 09:51 (UTC +04:00)

FİDE şahmat üzrə onlayn Olimpiadanın keçiriləcəyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ikinci dəfə bu formatda təşkil olunacaq yarışın tarixi və formatı bəlli olub.

Avqustun 13-də start götürəcək Olimpiadaya sentyabrın 15-də yekun vurulacaq. Turnir 4 liqada – Top, 2-ci, 3-cü və 4-cü divizionlarda keçiriləcək.

Azərbaycan yığmasının yer alacağı Top diviziondakı 40 komanda sentyabrın 8-10-da mübarizə aparacaq. Pley-off mərhələsi sentyabrın 13-15-də təşkil ediləcək.

Qeyd edək ki, ötən il 162 ölkədən 163 komandanın iştirakı ilə keçirilən ilk yarışın qalibi Rusiya və Hindistan milliləri olub. Azərbaycan yığması 1/4 finalda Polşaya uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR