Levon Aronyan Dünya kubokuna davam edə bilməyəcəyini açıqlayıb

Levon Aronyan

© APA | Levon Aronyan

# 16 iyul 2021 14:42 (UTC +04:00)

Erməni şahmatçı Levon Aronyan Dünya kubokunda iştirakını dayandırıb.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli qrossmeysterin özü açıqlayıb.

O bildirib ki, yarışda mübarizəni davam etdirməyəcək. Aronyan imtinasını sağlamlığındakı problemlə əlaqələndirib: “Böyük təəssüflə deməyə məcburam ki, Dünya kubokunda iştirakdan imtina edirəm. Yüksək temperaturum və tonzillitim var. Oynamaq üçün böyük istəyim olsa da, özümün və digər oyunçuların sağlamlığını nəzərə alaraq belə addım atıram. FİDE prezidenti Arkadi Dvorkoviçə təşəkkür edirəm. O, yaranan çətinlik zamanı mənə hər cür kömək etməyə çalışdı. Ümid edirəm ki, turnir xoşagəlməz hadisələrsiz başa çatacaq. Sağalmağı və 64 xanalı sehrli dünyaya qayıtmağı söz verirəm”.

Qeyd edək ki, bir gün öncə xəstəlik səbəbindən Aronyanın ilk mərhələ görüşü baş tutmayıb.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR