Məhəmməd Muradlı Azərbaycan tarixində 27-ci qrossmeyster olub

Məhəmməd Muradlı Azərbaycan tarixində 27-ci qrossmeyster olub
# 16 may 2022 15:52 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib. FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR