Teymur Rəcəbov: "Hazırda heç nə hiss etmirəm"

Teymur Rəcəbov: "Hazırda heç nə hiss etmirəm"
  • Clock-gray 23:02
  • calendar-gray 04 Oktyabr 2019

“Hazırda heç nə hiss etmirəm. Yalnız həddən artıq tükənmişəm”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında çinli Dinq Lirenə 6:4 hesabı ilə qalib gələn 32 yaşlı qrossmeyster yarışdakı zəfərini şərh edib. O bildirib ki, sonda oynadığı partiyalar ürəyincə olub: “Sadəcə son iki qarşılaşmadan razıyam. Həmin əllərin hərəkət etdiyi blits üsullu görüşlərdə rəqibimi məğlub edə bildim”.

T.Rəcəbov qələbəni necə qeyd etməsi barədə də danışıb: “Necə qeyd edəcəyimi bilmirəm. Bu, 15 ya 16 yaşım olarkən sevimli şahmatçılarımdan biri, oyunları əsasında öyrəndiyim Harri Kasparovu Linaresdə udduğumdan fərqli olmayacaq. Mənim üçün bu iki uğur arasında fərq yoxdur. Onlar müqayisəyə gələndirlər. Baxmayaraq ki, onda bir partiya, indi isə turnirdir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date