Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni sürətli şahmatda davam etdirəcək

Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni sürətli şahmatda davam etdirəcək
# 03 oktyabr 2019 16:13 (UTC +04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında dördüncü görüşünü keçirib.

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.

Dördüncü dəfə qarşılaşan finalçılar xalı yarı bölüblər. Nəticədə həlledici oyunun əsas mərhələsi heç-heçə başa çatıb – 2:2.

Qalib sabah keçiriləcək sürətli şahmatda bilinəcək.

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li üz-üzə gəlib. Onların da dueli “sülh”lə yekunlaşıb. Bu cütlük də güclünü sabah müəyyənləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR