Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib

Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib
# 28 sentyabr 2019 19:58 (UTC +04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib.

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Asiyalı yarımfinalda həmyerlisi Yu Yanq Lidən üstün olub. Onlar klassik şahmatda hər iki görüşdə heç-heçə oynadığından qalib sürətli şahmatda müəyyənləşib. Burada 1,5:0,5 hesabı ilə qələbə qazanan D. Liren finala yüksəlib.

2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazanan T. Rəcəbovla D. Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq. Üçüncü yer uğrunda oyunda isə fransalı Maksim Vaşye-Laqravla Yu Yanq Li üz-üzə gələcək.

Qeyd edək ki, D. Liren ikinci dəfə finalda oynayacaq. O, 2017-ci ildə Levon Aronyana (Ermənistan) uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR