® Azərbaycan Beynəlxalq Bankı banklararası şahmat turnirinin qalibi olub

<font color=red>® </font>  Azərbaycan Beynəlxalq Bankı banklararası şahmat turnirinin qalibi olub
# 21 may 2018 15:33 (UTC +04:00)

14-18 may 2018-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib. 2016-cı ildən bəri artıq 3-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.

Yarışın nəticələrinə əsasən şəxsi komanda hesabında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb. Şəxsi hesabda isə 1-ci, 3-cü və 8-ci yerləri Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rauf Hacılı, Rəsul Mənsimli, Rəşad Bədəlov, 2-ci yeri Ata Bank-ın nümayəndəsi Orxan Hüseyn qazanıb.

Şəxsi hesab üzrə 4-cü yeri Accessbank-dan Elbrus Süleymanlı, 5-ci yeri Rabitəbank-dan Elvin İsmayılov, 6-ci yeri Turan Bank-dan Ruslan Əliyarov, 7-ci yeri Unibank-dan Cavid Məmmədov tutub. Builki turnir həm də gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək xarakteri daşıyıb.

Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR