Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar banklararası şahmat yarışı keçiriləcək

Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar banklararası şahmat yarışı keçiriləcək
  • Clock-gray 14:38
  • calendar-gray 08 May 2018

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.

 

Bu barədə "APA-Economics"ə ABA-dan məlumat verilib.

 

 

Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

 

Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.

 

Artıq 3-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 18 bankın 70 ə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında "Kapital Bank" qalib olub. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq  "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku" qərarlaşıb.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı  ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date