Məmmədyarov iddiaçılar turnirinin VII turunda heç-heçəyə razılaşıb

Məmmədyarov  iddiaçılar turnirinin VII turunda heç-heçəyə razılaşıb
# 19 mart 2018 01:38 (UTC +04:00)

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib.

Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib.

Bundan istifadə edən Karuana isə Aronyanı məğlub edərək, vahid liderə çevrilib.


İddiaçılar turniri
VII tur


Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Sergey Karyakin – Uesli So - 1:0
Levon Aronyan – Fabiano Karuana - 0:1
Vladimir Kramnik – Liren Dinq - 0,5:0,5


Turnir cədvəli: Karuana - 5 xal; Məmmədyarov – 4,5; Qrişuk, Kramnik, Dinq - 3,5; Karyakin - 3; Aronyan, So – 2,5

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR