Məmmədyarov İddiaçılar Turnirini ikinci pillədə başa vurub

Məmmədyarov İddiaçılar Turnirini ikinci pillədə başa vurub
# 28 mart 2018 02:29 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün sonuncu - XIV turun görüşləri keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Qara fiqurlarla oynayn “Şah” görüşdən bərabərliklə ayrılıb.

Digər oyunda Fabiano Karuana Aleksandr Qrişuka qalib gələrək çempionluğu əldə edib. Məmmədyarov turniri ikinci pillədə başa vurub.

İddiaçılar turniri

XIV tur

Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5

Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ) - 0:1

Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) - 0,5:0,5

Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) - 0,5:0,5

Turnir cədvəli:

1. Karuana - 9

2. Məmmədyarov - 8

3. Karyakin - 8

4. Dinq - 7.5

5. Kramnik - 6.5

6. Qrişuk – 6,5

7. So – 6

8. Aronyan – 4.5

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR