“Azərreyl” qalib gəlib, çempion mövsümə məğlubiyyətlə başlayıb

“Azərreyl” qalib gəlib, çempion mövsümə məğlubiyyətlə başlayıb
  • Clock-gray 18:03
  • calendar-gray 14 Dekabr 2019

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün açılış matçı Voleybol Mərkəzində olub.

Mövsümə qadın voleybolçular arasında son çempion “Azərreyl” başlayıb. Famil Ağayevin komandası “Abşeron”u sınağa çəkib. Maraqlı keçən görüşdə “dəmiryolçular” sensasiyaya imkan verməyiblər. Onlar 3-cü setdə uduzsalar da, görüşdən 3 xalla ayrılıblar. 

Ardıncı çempionatın rəsmi açılış mərasimi baş tutub. 

Günə “Murov” – “Neftçi” dueli ilə yekun vurulub. Kişi voleybolçulardan ibarət ölkə çempionu olan nominal ev sahibləri mövsümə məğlubiyyətlə başlayıblar. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv əsas rəqibi “Neftçi” qarşısında aciz qalıb – 0:3. 

Voleybol üzrə Azərbaycan çempionatı
I tur, 14 dekabr
Qadınlar, Super Liqa
14:00. “Azərreyl” - “Abşeron” - 3:1 (25:16, 25:22, 23:25, 25:22)

Kişilər, Yüksək Liqa
16:00. “Murov” - “Neftçi” - 0:3 (16:25, 17:25, 21:25)

Qeyd edək ki, Super Liqada 6 komanda - “Azərreyl”, “Murov”, “Abşeron”, “Mübariz”, UNEC və Gürcüstan, Yüksək Liqada 8 iştirakçı - “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Ekspress”, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan mübarizə aparacaq. Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

ApaSport

Digər xəbərlər