Altıqat Tunis çempionu Azərbaycan millisinin hücumçusu ilə müqavilə imzalayıb

Altıqat Tunis çempionu Azərbaycan millisinin hücumçusu ilə müqavilə imzalayıb
# 16 dekabr 2019 13:14 (UTC +04:00)

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Qurbanova özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək

O, “Kartaj” komandası ilə danışıqları müsbət yekunlaşdırıb. İndiyədək Rusiyada və Fransada da legioner həyatı yaşayan Qurbanova klublararası Afrika çempionatının qalibi ilə 1 mövsümlük müqavilə imzalayıb.

Qeyd edək ki, “Kartaj” ölkəsinin liderlərindən hesab olunur. 2017-ci ildə klublararası Afrika çempionatının qalibi adına yiyələnən komanda analoji yarışda 3 dəfə final (2015, 2016, 2019) oynayıb, 1 dəfə bürünc medal qazanıb. “Kartaj” həmçinin ölkə çempionatının 6 qat, kubokunun 3 qat qızıl mükafatçısıdır. Komandanın aktivində Tunisin Superkuboku da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR