Azərbaycan çempionatı davam etdirilməyəcək

Azərbaycan çempionatı davam etdirilməyəcək
  • Clock-gray 10:44
  • calendar-gray 27 Aprel 2020

Koronavirus pandemiyası üzündən dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqası davam etdirilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb çempionatda iştirak edən voleybolçuların klubları ilə müqavilələrinin bitməsidir.

Üstəlik, Super Liqa komandalarının özəyini təşkil edən legionerlər Azərbaycanı tərk edərək öz ölkələrinə gediblər. Yalnız iki əcnəbi voleybolçu karantin dövründə Bakıda qalıb.

Belə vəziyyətdə Azərbaycan Voleybol Federasiyası çətin seçim qarşısında qalıb. Qurum ya martın əvvəlində dayanan çempionatın nəticələrini tanıyaraq çempion və mükafatçıları elan etməlidir, ya da yalnız avrokuboka vəsiqələrin sahiblərini müəyyənləşdirməlidir.

Əgər mövcud nəticələrə görə mükafatçılar müəyyənləşsə, kişilərin yarışında “Murov” 1-ci, “Neftçi” 2-ci, “Xilasedici 3-cü yerin sahibi olacaq. Super Liqadakı mövcud durum isə federasiyanı qane etmir. Çünki indiki duruma əsasən “Azərreyl” çempion, “Abşeron” gümüş mükafata yiyələnəcəksə, “bürünc” “Mübariz”ə qismət olacaq. Azərbaycan millisinin baş məşqçisi Vasif Talıbovun çalışdırdığı “Murov”un 4-cü olması və mövsümü mükafatsız başa vurması isə qurumu qane etmir. 

Məhz uğursuz çıxış edən sonuncuların medalsız qalmaq ehtimalı federasiyanı tərəddüdlə üz-üzə qoyur. Yaxın günlərdə yekun qərarını açıqlanalı olan təşkilatçıların bu komandaya görə mükafatçıları müəyyənləşdirməməsi istisna deyil.

ApaSport

Digər xəbərlər