Azərbaycan millisi FİVB reytinqində 26-cı pillədə qərarlaşıb

Azərbaycan millisi FİVB reytinqində 26-cı pillədə qərarlaşıb
# 04 yanvar 2021 13:58 (UTC +04:00)

Beynəlxalq Voleybol Federasiyası (FİVB) yığmaların reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının 2021-ci ilin ilk cədvəldəki mövqeyi bəlli olub.

Kişi voleybolçulardan ibarət komandamız planetin 57-cisidir. Millimizin aktivində 101 xal var.

Bu siyahıya Braziliya başçılıq edir - 427 xal. İlk “üçlük”də yer alan Polşa 384, ABŞ 365 xala malikdir.

Qadın voleybolçularımız daha yüksək mövqedə qərarlaşıb. Millimiz 127 xalla dünyada 26-cıdır.

Bu reytinqində Çin 391 xalla öndədir. 382 xala malik ABŞ və 328 xal toplayan Braziliya ilk “üçlük”dədir. Avropanın ən yaxşısı olan İtaliya 300 xalla 4-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR