Azərbaycan millisi Tokio-2020-yə lisenziya yarışının hazırlığına başlayıb

Azərbaycan millisi Tokio-2020-yə lisenziya yarışının hazırlığına başlayıb
# 25 dekabr 2019 11:09 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

Apasport.az saytının məlumatına görə, yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Voleybol Mərkəzində başlayıb.

Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız ardınca Türkiyə və Polşada təlim-məşq toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR