Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb
# 21 oktyabr 2020 11:46 (UTC +04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin I dövrəsindəki oyunların vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq komandamız 2021-ci ilin yanvarın 7-9-da üç matça çıxacaq.

I dövrənin qarşılaşmaları Gürcüstanda keçiriləcək. Millimiz öncə Monteneqro, ardınca meydan sahibləri, son turda Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin F qrupunda II dövrə Monteneqroda oynanılacaq.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu, I dövrə
7 yanvar

16:00. Azərbaycan – Monteneqro
19:00. Gürcüstan – Yunanıstan
8 yanvar
16:00. Monteneqro – Yunanıstan
19:00. Azərbaycan – Gürcüstan
9 yanvar
16:00. Yunanıstan – Azərbaycan
19:00. Monteneqro - Gürcüstan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR