Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub
# 28 mart 2020 16:06 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar əksər idmançılar ölkələrinə yollansalar da, azərbaycanlı voleybolçular və məşqçilərin bəziləri çıxış etdikləri ölkələrdə qalıblar.

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət millimizin üzvləri Vüqar Bayramovla Andrey Vasilenko hazırda Bəhreyndədirlər.

"Al Nassr Saudi" klubunda çıxış edən voleybolçular çempionatın tam başa çatmasını gözləyirlər. "Vaşaş" klubunun formasını geyinən qadınlardan ibarət yığmamızın üzvü Ayşən Abduləzimova da öz istəyi ilə Macarıstanda qalıb.

"Cakarta" klubunun sabiq baş məşqçisi Ziya Rəcəbov, həmçinin komandanın şərəfini qoruyan Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar.

"Volero Le-Kanne" klubunda çıxış edən Olena Həsənova hazırda Fransada, ötən il millimizdən ayrıldığını bildirən "Sesi"nin üzvü Polina Rəhimova isə Braziliyadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR