Azərbaycan voleybol millisinin üzvləri karantinə alınıb

Azərbaycan voleybol millisinin üzvləri karantinə alınıb
  • Clock-gray 14:18
  • calendar-gray 28 Mart 2020

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

Apasport.az saytının məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

Qeyd edək ki, Marqarita Əzizova "Radomka" (Polşa), Yekaterina Jidkova "Sarıyer Bələdiyəsi" (Türkiyə), Yuliya Kərimova isə "Makkabi"də (Hayfa, İsrail) çıxış edir.

ApaSport

Digər xəbərlər

Arxiv

date