“Azərreyl” amerikalı hücumçu ilə müqavilə bağlayıb

“Azərreyl” amerikalı hücumçu ilə müqavilə bağlayıb
# 06 iyul 2020 13:31 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, avrokubokda oynayacaq yeganə Azərbaycan təmsilçisi bu dəfə amerikalı hücumçu Naya Krittendeni rənglərinə bağlayıb.

25 yaşlı 186 sm boya malik oyunçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Son ili İsveçrənin “Franş-Montan” klubunda oynayan Krittenden Azərbaycana gələnədək daha 2 ölkədə legioner həyatı yaşayıb. O, 2016-2017 mövsümündə İtaliyanın “Kazerta”, növbəti ildə isə Macarıstanın “Budapeşt” klublarının şərəfini qoruyub. Voleybolçu ölkəsində isə Oreqon, İllinois və Giqantes de Karolina universitetlərinin komandalarında çıxış edib.

Qeyd edək ki, Krittenden “Azərreyl”in yeni mövsüm üçün 11-ci oyunçusu olub. Komanda ondan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR