“Azərreyl”in legioneri: “İndiki durumda ölkəmə qayıtmaq istəmirəm” - MÜSAHİBƏ

“Azərreyl”in legioneri: “İndiki durumda ölkəmə qayıtmaq istəmirəm” - MÜSAHİBƏ
  • Clock-gray 10:54
  • calendar-gray 15 Aprel 2020

Qadınlardan ibarət “Azərrreyl” klubunun seneqallı voleybolçusu Mbayanq Sekin apasport.az saytına müsahibəsi

- Dünyanı bürüyən koronavirus pandemiyası üzündən çempionatlar dayandırılıb. Voleybol üzrə Azərbaycan Super Liqası da istisna deyil. Məcburi fasilə yaranması sizə psixoloji baxımdan necə təsir etdi?
- Bəli, bu, mənə təsir edir. Çünki ailəni xatırladan komandamız var və biz mövsümü çempion kimi başa vurmaq istəyirdik. Amma pandemiyaya görə istəyimizə çata bilmədiyimiz üçün çox məyusuq.

- Azərbaycanda çıxış edən bütün legionerlər vətənlərinə yollansa da, siz Bakıda qaldınız. Bəs sizin vətəninizə getməməyinizə nə səbəb oldu?
- Mən gecikdim. Çünki vaxtında bilet almaq mümkün olmadı. Buna da səbəb koronavirus pandemiyası idi. Bu virus gündən-günə daha çox yayılır.

- Sizin ölkədə də artıq yoluxma və ölüm qeydə alınıb. Bu səbəbdən Bakıda qalmağınızı düzgün sayırsızmı? 
- İndiki durumda öz ölkəmə qayıtmaq istəmirəm.

- Karantin müddətində valideynlərinizlə, yaxınlarınızla əlaqə saxlayırsızmı? 
- Bəli, hər gün valideynlərimlə danışıram. Onlarla söhbətdə də bir-birimizə profilaktiki tədbirlərə əməl etməyi məsləhət görürük. Çünki bunlar koronavirusla mübarizədə zəruridir.

- İndiki karantin dövründə vaxtınızı necə keçirirsiniz?
- Quran oxuyuram. Həmçinin evdə idmanla məşğul oluram.

- Çempionatın oyunlarının nə vaxt bərpa olunacağı bəlli deyil. Əgər oyunlar davam edərsə, yaranmış fasilə fiziki baxımdan problem yaratmayacaq?
- Hər gün məlumatları izlədikdən və yemək hazırladıqdan sonra məşq edirəm. Evdəki hazırlıq prosesi 1 saat sürür. Təbii ki, məşq prosesi karantin qaydaları çərçivəsində reallaşır. Bunda hər hansı problem də görmürəm. Çünki bütün məhdudiyyətlər bizi virusdan qorumaq üçündür. Əslində, biz kifayət qədər yüksək hazırlıqlı ola bilməyəcəyik. Çünki evdə keçirilən məşq prosesi kifayət etməyə bilər.

- Mövsümdə keçirdiyiniz 7 matçda xal itirmədən qalib gəlmisiniz. Çempionatın arxada qalan hissəsini necə qiymətləndirirsiniz?
- Bu, əla idi. Çünki biz bir dəfə də uduzmadıq. Hədəfimiz 1-ci yeri tutmaq idi. Təəssüf ki, çempionatı davam etdirərək başa çatdıra bilmədik.

- Bəzi ölkələr yarımçıq qalan çempionatlarda mövsümün başa çatdığını elan edib.  Azərbaycan Voleybol Federasiyasının belə qərarı sizi razı salar?
- Bizim komanda hazırda 1-ci pillədədir. Hansı qərar verilsə, bununla razılaşmalıyıq. Əgər çempion elan edilsək, xoşbəxt olaram. Çünki bu, bizim haqqımızdır.

- İkinci pillədə qərarlaşan "Abşeron"la 3 xal fərqiniz var. Öz aranızdakı görüşdə bu fərq aradan qalxa bilər... 
- Yox. Onlara imkan vermərik ki, bizə qalib gəlsinlər.

- Müqavilənizin vaxtına az qalıb. Çempionat davam etdirilənə qədər anlaşmanız başa da çata bilər. Mövsümü sona çatdırmaq üçün “Azərreyl”də qalacaqsızmı?
- Əlbəttə, qalacağam.

- Klub rəhbərliyi maaşlarınızın azalmasına qərar versə, bunu necə qarşılayacaqsınız?
- Bəli, bu addım məntiqlidir. Çünki bütün dünyada belə proses yaşanır.

- İndiki klubunuz sizə yeni müqavilə təklifi edib?
- Hələ yox. İndi bu barədə danışmamışıq.

ApaSport

Digər xəbərlər