“Barselona”nın sabiq oyunçusu Bakı klubu ilə müqavilə bağlayıb

“Barselona”nın sabiq oyunçusu Bakı klubu ilə müqavilə bağlayıb
# 26 iyun 2020 12:42 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçunun keçidini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 8-ci transferi İspaniyadan olub.

Ölkəsinin milli komandasının şərəfini qoruyan Anna Nyusom yeni mövsümdən “dəmiryolçular”ın uğurları üçün çalışacaq. 23 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb.

175 sm boya malik Nyusom “Barselona”nın yetirməsi hesab olunur və ilk peşəkar müqaviləsini də bu komanda ilə bağlayıb. 2013-15-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinən Anna növbəti ildə İtaliyanın “Neruda Boltsano” klubunda çıxış edib. “Azərreyl”in yeni transferi 2017-20-ci illərdə isə ABŞ-ın “San-Dieqo Universiteti”nin heyətində oynayıb.

Qeyd edək ki, Bakı klubu Nyusomdan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR