“Dallas Maveriks” Kobi Brayantın xatirəsinə “24” nömrəni əbədiləşdirib

“Dallas Maveriks” Kobi Brayantın xatirəsinə “24” nömrəni əbədiləşdirib
# 27 yanvar 2020 10:24 (UTC +04:00)

Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən “Dallas Maveriks” klubu 24 nömrəli formanı əbədiləşdirib.

Apasport.az saytının məlumatına görə, bu addım helikopter qəzasında dünyasını dəyişən Kobi Brayantın xatirəsinə ehtiram xarakteri daşıyır.

Əfsanəvi basketbolçunun uzun illər çıxış etdiyi “24” nömrəni Dallas təmsilçisində geyinən olmayacaq. Bunu klubun sahibi Mark Kyuban açıqlayıb.

MBA-nın digər klubu “Klivlend Kavalyers” klubunun üzvü Tristan Tompson isə bütün komandalara müraciət edərək oxşar arzusunu açıqlayıb. O, bütün klubların birdən-birə iki nömrəni – “8” və “24”ü istifadədən çıxarmağa çağırıb.

Karyerası boyu yalnız “Los-Anceles Leykers”də oynamış K.Brayant 1996-2006-cı illərdə “8”, 2006-2016-cı illərdə isə “24” nömrəsini daşıyıb.

Qeyd edək ki, qızı ilə birlikdə qəzada həlak olan K.Brayant MBA-nın beşqat çempionudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR