Faiq Qarayev: “Mən dostumu, Azərbaycan idmanı veteran futbolçusunu itirdi”

Faiq Qarayev: “Mən dostumu, Azərbaycan idmanı veteran futbolçusunu itirdi”
# 14 dekabr 2020 17:12 (UTC +04:00)

“Elbrus mənim çox yaxın dostum, qardaşım olub. 80-cı illərdən biz dostluq edirdik. O mənim ailəmə çox yaxın biri olub”.

Bunu apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev deyib.

Millimizin sabiq baş məşqçisi futbol veteranı Elbrus Abbasovun ölümünə münasibət bildirib. Vaxtilə "Qarabağ", "Neftçi" və "Dinamo"da oynamış, sonradan Ağdam təmsilçisinin baş məşqçisi kimi çalışmış veteranı koronovirusdan müalicə üçün Bakıya gətirən Qarayev Abbasov barədə xatirəsini də bölüşüb: “Elbrus çox yaxşı idmançı olduğu kimi yaxşı dost idi. Bu gün mən dostumu, Azərbaycan idmanı isə veteran futbolçusunu itirdi. Elbrus son günə kimi işğaldan azad olunan torpaqların sevinci ilə yaşayırdı. Ağdamın işğaldan azad olunduğu eşidər-eşitməz Ağdama getdi. O həmişə vətənini çox sevib. Elbrusun ailəsinə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm”.

Qarayev Qarabağda Elbrus Abbasovun adına futbol məktəbi açılacağına ümid etdiyini vurğulayıb: “Bu, onun ruhuna böyük hörmət olar. Çünki Elbrus çox vətənpərvər insan kimi tanınıb”.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov Bakıya gətirilərək “Yeni klinika”ya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR