Jr.NBA Azərbaycan Liqasında iştirak edəcək komandaların sayı açıqlanıb

Jr.NBA Azərbaycan Liqasında iştirak edəcək komandaların sayı açıqlanıb
# 29 yanvar 2020 11:09 (UTC +04:00)

Azərbaycanda yeni yaradılan Milli Basketbol Assosiasiyasının (MBA) 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqasında mübarizə aparacaq komandaların sayı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həm oğlanlar, həm qızlar arasında təşkil olunacaq liqada 30 komanda iştirak edəcək.

Yarış MBA-nın formatına oxşar şəkildə təşkil olunacaq.

Komandalar iki konfransa bölünəcək, onların hər birində iki divizion olacaq. Bu ilin mart-may oyunlarında keçiriləcək matçlardan sonra 8 ən yaxşı iştirakçı pley-off mərhələsinə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR