Milli Məclisə seçkilər səbəbindən Azərbaycan çempionatının oyunları təxirə salınıb

Milli Məclisə seçkilər səbəbindən Azərbaycan çempionatının oyunları təxirə salınıb
# 06 fevral 2020 16:18 (UTC +04:00)

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasından (ABF) apasport.az saytının verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub.

Fevralın 7-də və 8-də keçirilməli olan görüşləri qəbul edən Azərbaycan Texniki Universitetinin idman zalında bir sıra tədbirlər nəzərdə tutulub. Buna görə də arenada oyunların keçirilməsi mümkün olmayacaq.

Bunu nəzərə alan ABF görüşləri qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR