Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb
# 04 mart 2020 16:14 (UTC +04:00)

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha öncə eyni səbəbdən basketbol üzrə Azərbaycan çempionatı da dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR