Voleybol üzrə Azərbaycan millisinin final mərhələsində oynayacağı təsdiqlənib

Voleybol üzrə Azərbaycan millisinin final mərhələsində oynayacağı təsdiqlənib
# 13 yanvar 2020 13:20 (UTC +04:00)

2021-ci ildə keçiriləcək kişi və qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanan komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hər iki yarışın 12 iştirakçısı dəqiqləşib.

Bunlardan 4-ü meydan sahibi olan ölkələrin yığmalarıdırsa, 2019-cu ildəki Avropa çempionatının ən yaxşı 8 komandası da seçmə mərhələdən azaddır.

Qadınlardan ibarət Azərbaycan millisi də final mərhələsinə birbaşa qatılmaq hüququna yiyələnib. Düzdür, yığmamız son qitə çempionatında ilk “səkkizliy”ə düşməyərək 10-cu yerlə kifayətlənib.

Amma millimizi qabaqlayan 9 ölkədən ikisi ev sahibləri sırasında olduğundan Azərbaycan voleybolçuları sonuncu – 8-ci vəsiqəyə yiyələniblər. Yığmamızın AVRO-2021-ə yolunu son qitə çempionu Serbiya və 8-ci yerin sahibi Bolqarıstan açıb.

Ümumilikdə isə qadınların çempionatına 12 vəsiqəni aşağıdakı komandalar əldə edib: Serbiya (meydan sahibi, son çempionatda 1-ci yer), Bolqarıstan (meydan sahibi, 8-ci yer), Xorvatiya (meydan sahibi, 11-ci yer), Rumıniya (meydan sahibi, 13-cü yer), Türkiyə (2-ci yer), İtaliya (3-cü yer), Polşa (4-cü yer), Niderland (5-ci yer), Almaniya (6-cı yer), Rusiya (7-ci yer), Belçika (9-cu yer), Azərbaycan (10-cu yer).

Kişilərin analoji yarışına birbaşa vəsiqələri isə bu 12 komanda qazanıb: Polşa (meydan sahibi, 3-cü yer), Çexiya (meydan sahibi, 13-cü yer), Finlandiya (meydan sahibi, 14-cü yer), Estoniya (meydan sahibi, 24-cü yer), Serbiya (1-ci yer), Sloveniya (2-ci yer), Fransa (4-cü yer), Rusiya (5-ci yer), İtaliya (6-cı yer), Ukrayna (7-ci yer), Almaniya (8-ci yer), Belçika (9-cu yer).

Qeyd edək ki, final mərhələsində ümumilikdə 24 komanda mübarizə aparacaq. Digər 12 yığma seçmə mərhələdə müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR