Avropa Liqasının bombardiri: “Hər iki hədəfimizin öhdəsindən gəldik” 

Avropa Liqasının bombardiri: “Hər iki hədəfimizin öhdəsindən gəldik” 
# 30 may 2019 11:29 (UTC +04:00)

“Bu qələbə bizim üçün böyük əhəmiyyətə malikdir. Biz bu il mükafat qazanmaq istəyirdik”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru deyib.

11 qolla Avropa Liqasının 2018/19 mövsümünün bombardiri olan fransalı hücumçu “Arsenal”la Bakıda keçirilən final matçından sonra fikirlərini açıqlayıb: “Mövsümün sonunda iki hədəfimiz var idi. İngiltərə Premyer Liqasını ilk “dördlük”də başa vurmaqla Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaq, həmçinin Avropa Liqasının qalibi olmaq. Bunun öhdəsindən gəldik. Çox sevinirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR