Ayşən Abduləzimova: “Rəqiblərimiz güclü komandalardır”

Ayşən Abduləzimova: “Rəqiblərimiz güclü komandalardır”
# 03 iyul 2019 15:32 (UTC +04:00)

“Artıq 10 gündür ki, Olimpiya Təsnifat Turnirinin oyunlarının hazırlıqlara başlamışıq. Qızıl Avropa Liqasından fərqli, milli komandamızın əsas oyunçuları da məşqlərə qoşulub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

26 yaşlı blokçu yığmamızın Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlığını dəyərləndirib. O bildirib ki, əsas məqsədləri mərhələni birinci yerdə bitirməkdir: “Komandamız Qızıl Avropa Liqasında gənc oyunçulardan təşkil edilmişdi. Həmin yarışda əsas məqsəd onların oyun təcrübələrinin artırılmasına hesablanmışdı. Hazırda isə məşqləri tam heyətlə davam etdiririk. Hazırlıq ərəfəsində bir neçə yoldaşlıq görüşlərində də gücümüzü yoxlayacağıq. Həmçinin bu arada məşqlə də intensivləşib. Rəqiblərimiz güclü komandalardır. Amma biz də qələbə qazanmaq üçün mübarizə aparacağıq. Doğrusu, hər zaman qarşımıza qalib gəlmək hədəfi qoyulur. Əsas məqsədimiz yenə də qrup birincisi olmaqdır. Hər zaman bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Oyunlar avqustun 1-3-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR