Azərbaycan 2020/2021 mövsümündə avrokuboklarda 7 klubla oynamaq hüququ qazanıb

Azərbaycan 2020/2021 mövsümündə avrokuboklarda 7 klubla oynamaq hüququ qazanıb
# 10 iyul 2019 13:27 (UTC +04:00)

Avropa Həndbol Konfederasiyası (EHF) ölkələrin qitə miqyaslı turnirlər üçün reytinq siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, ölkələrin 2020/21 mövsümündəki təmsilçi sayı da bu siyahı ilə müəyyənləşib.

Cədvəldə 2016/17, 2017/18 və 2018/19 mövsümlərinin nəticələri əksini tapıb. Həm kişilərin, həm qadınların reytinq siyahısı iki hissədən ibarətdir. Çempionlar Liqası və Avropa Liqası (əvvəlki EHF kuboku) üçün ayrı cədvəl, EHF kuboku (əvvəlki “Challenge Cup”) üçün ayrı cədvəl tərtib olunub. Azərbaycan qitə kuboklarında ümumilikdə 7 komanda ilə təmsil olunmaq hüququna malikdir.

Kişilərin reytinqində birincidə 30, ikincidə 20 ölkə yer alıb. Azərbaycan ikinci cədvəldə Estoniya və Malta ilə birlikdə 11-cidir. Ölkəmizin əmsalı 0,33-ə bərabərdir. Bu, Azərbaycana 2020/21 mövsümündə EHF kubokunda üç komanda ilə təmsil olunmaq hüququ verib.

Qadınların cədvəlində ölkələrdən 31-i birinci, 19-u ikinci siyahıdadır. 3,33 əmsala malik Azərbaycan Avropada 24-cüdür. Bu, qitə kuboklarında 4 komanda ilə təmsil olunmaq hüququ verir. Bir təmsilçimiz Avropa Liqası, üçü EHF kubokunda oynaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR