Azərbaycan çempionatının yeni mövsümündə 8 komanda oynayacaq

Azərbaycan çempionatının yeni mövsümündə 8 komanda oynayacaq
# 08 oktyabr 2019 11:17 (UTC +04:00)

Oktyabr ayının 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.

APA-nın məlumatına görə, XXVII dəfə keçiriləcək yarışlarda 8 komanda gücünü yoxlayacaq.

Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və U-18 qələbə uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.

Azərbaycan çempionatı oktyabrın 9-da, saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” - “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq, 17:00 və 19:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının 2019/2020 mövsümünün oyunları “ABU Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR