Azərbaycan çempionatında yeni komanda oynayacaq - EKSKLÜZİV

Azərbaycan çempionatında yeni komanda oynayacaq - EKSKLÜZİV
# 01 oktyabr 2019 10:02 (UTC +04:00)

Azərbaycanda yeni voleybol komandası yaradılıb.

Bunu APA-ya “Azərreyl” klubunun prezidenti Fərid Xəlilov deyib.

O bildirib ki, 18 yaşlı paytaxt təmsilçisi bundan sonra təkcə qadın komandası ilə kifayətlənməyəcək. Klubun tərkibində kişilərdən ibarət komanda da yaradılıb.

2019/2020 mövsümündə “dəmiryolçular” tək qadınların Super Liqasında deyil, kişilərin Yüksək dəstəsində də mübarizə aparacaq.

“Azərreyl” həmişə olduğu kimi, milliyə voleybolçu yetişdirməyi hədəfləyib. Bu səbəbdən də kişilərdən ibarət komanda əsasən gənclərdən təşkil ediləcək. Artıq kollektivin baş məşqçisi ilə də müqavilə imzalanıb. Yeni mövsümdə “dəmiryolçular” “Lokomotiv”lə uğur qazanmış gənc mütəxəssis Xanlar Ələkbərova həvalə edilib.

Qeyd edək ki, "Azərreyl"in loqosunda da dəyişiklik olub. Komanda 2019/2020 mövsümünə yeni emblemlə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR